Koronavirusa görə valideynlərin əsgərlərlə görüşü dayandırılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında xidməti müşavirə keçirilib.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

 

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

 

Müəllif | Apa.Tv
Apa.tv