Koronavirusa yoluxan daha 2 nəfər öldü - AZƏRBAYCANDA
"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".
Bu barədə APA TV-yə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.
Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəsi, arterial hipertenziya və şəkərli diabet xəstəsi olduğu qeyd edilib: "Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.
Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".