Koronavirusa yoluxanların sayı kəskin artdı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv