Koronavirusa yoluxanların sayı yarım milyonu ötüb
Dünyada yeni tip koronavirusa yoluxanların sayı 511 min nəfəri ötüb.
APA Tv-nin verdiyi xəbərə görə, yeni tip koronavirusdan ölənlərin sayı isə 23 mindən çoxdur.
Qeyd edək ki, yoluxma hallarının və ölənlərin çoxu Avropa regionunda qeydə alınıb.