Koronavirusdan 2 nəfər öldü - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 232 973 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 619 nəfər müalicə olunaraq sağalıb, 3 195 nəfər vəfat edib, aktiv xəstə sayı 2 159 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8 055, hazırkı dövrədək isə 2 543 880 test aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv