Koronavirusdan ölənlərin sayı artdı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 234 267 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7 873, hazırkı dövrədək isə 2 591 235 test aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv