Koronavirusdan sağalanların sayı artdı – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 254 370  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı isə 15 300 nəfərdir.

 

İndiyədək ölkədə son sutka ərzində 2 826 454, hazırkı dövrədək isə 9 670 test aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv