Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirildi
Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirilib.
APA TV-nin məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov bildirib.
Onun sözlərinə görə, diaqnostik alətlər laboratoriyaya verilib və şübhəli hal olarsa, bunun vasitəsilə yoxlanılacaq.
Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb.
Yeri gəlmişkən, qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Çindən gələn məktub və bağlamalarda koronavirusla bağlı təhlükənin olub-olmadığına aydınlıq gətirib. Qurumdan verilən məlumata görə, Koronavirus məktub və bağlama kimi əşyalarda uzun müddət yaşamır. Buna görə də Çindən bağlama qəbul edən insanların yeni koronavirusa yoluxma riskləri yoxdur.