Körpə qızının qətlində şübhəli bilinən ata saxlanıldı

 

Körpə qızının qətlində şübhəli bilinən ata saxlanıldı - APA TV Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın atası saxlanılıb. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Qeyd edək ki, atasının körpəni dənizə apardığı anlar təhlükəsizlik kameralarına da düşüb. Atası körpəni dənizdə boğmaq məqsədi ilə uşağın paltarlarına qum və daş doldurub və suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Müəllif | Apa.Tv
Apa.tv