KorpON: Azərbaycanda ilk - iri nağd vəsaitləri hesaba qoymaq üçün banka getməyə ehtiyac qalmayacaq
KorpON terminalları Azərbaycan ödəniş sistemləri bazarına yenilik və rahatlıq gətirir. Artıq insanlar iri həcmli, nağd fərdi vəsaitləri və korporativ ödənişləri KorpON terminalları vasitəsilə banka getmədən, günün istənilən vaxtı bank hesablarına mədaxil edə biləcəklər.
Bazarda ilk olan bu xidmətin əsas məqsədi şirkətlərin və fərdi şəxslərin ödəniş proseslərini daha rahat həyata keçirməsinə yardımçı olmaqdır. KorpON şirkətinin icraçı direktoru Cəmil Bağırov deyir ki, şirkətin önəmli xüsusiyyətlərindən biri də, terminalın 1 dəqiqə ərzində 1200 ədəd əsginas sayıb mədaxil edə bilməsidir: ”KorpOn ödəniş sistemləri olaraq, Azərbaycan ödəniş sistemlərinə yenilik gətiririk. Belə ki, artıq hər kəs günün istənilən saatı öz hesabına pul köçürə, həmçinin korporativ hesaba ödəniş edə biləcək. KorpONun əsas xüsusiyyəti pulları tək-tək deyil, toplu şəkildə terminala daxil etmək olur. Hal-hazırda KorpON terminalları “PAŞA” Bank filiallarında, həmçinin supermarketlərdə müştərilərin istifadəsinə verilib. Yaxın gələcəkdə digər bankın müştəriləri də KorpONdan istifadə edə biləcək”.
KorpON terminallarından istifadə edən şəxslərin bankda növbə gözləməyə, hər hansı bir sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Terminallar 1-ci klass təhlükəsizlik dərəcəsinə malik seyf sistemi, həmçinin Giesecke+Devrient (Giziki + Devirint) pul qəbuledici sistemləri ilə təchiz olunub.
KorpON terminalları PASHA Bankın Landmark, Port Baku və Bridge Plaza ofislərində, həmçinin, ”Bravo”, “Araz Supermarket” “Grandmart”, “Rahat market”, “Bazarstore”, “Bolmart” supermarket şəbəkələrinin müxtəlif filiallarında, 50-dən çox məntəqədə yerləşdirilib. Vətəndaşlar yeniliklər və ünvanları dəqiq bilmək üçün korpon.az saytına və sosial şəbəkələrdəki hesablarına müraciət edə bilər.
KorpON terminallarını öz ərazisində yerləşdirmək istəyən və ya terminalda hər hansı problemlə üzləşən şəxslər 012–433–99-33 və ya 099-433-99-33 nömrəsinə müraciət edə bilər.