Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub
Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.
APA TV-nin məlumatına görə, korpus komandirinin müavini, polkovnik Babək Mətləb oğlu Səmidli bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.
Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.
Allah rəhmət eləsin!