“Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış edib.

 

Konfrans zamanı çıxış edənlər bildiriblər ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyev qəti siyasi iradəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Tədbirdə ulu öndər Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edilib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

 

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv