Kosmetika şirkətindən Ağstafada yaşayan qadınlara gözəllik dolu təklif

“NEW WELL” kosmetika şirkəti Ağstafada yeni məhsullarını təqdim edib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbirdə Qazax, Ağstafa və Tovuzdan şirkətlə əməkdaşlıq edən qadınlar iştirak edib. Tədbirdə xanımlar məhsullarla tanış olublar.

Çıxış edənlər bildiriblər ki, “NEW WELL” kosmetika şirkəti 8 ildir ki, Azərbaycan fəaliyyət göstərir. Bu müddət ərazində bir çox nailiyyətlər əldə edib.

Tədbirdə “ NEW WELL “şirkəti ilə əməkdaşlıq edən xanımlara təşəkkürnamələr verilib, tort kəsilib və xatirə fotosu çəkilib. Şirkət məhsullarının növbəti təqdimatı Lənkəran şəhərində keçiriləcək.

Qeyd edə ki,  “NEW WELL “ kosmetika firması bölgədə evdar xanımlar  üçün real biznes imkanları yaradıb. Firma ölkəmizdə işə başladığı vaxtdan keyfiyyətli və zövq oxşayan ecazkar ətirləri, kosmetikaları ilə digər şirkətlərdən fərqlənir. Şirkət gələcəkdə respublikanın bütün rayonlarında satış həyata keçirməyi planlaşdırır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Qazax

Müəllif | Apa.Tv
Apa.tv