Kreml Baltik dənizində sərhədini dəyişmək istəyir – Moskva yeni işğala hazırlaşır?
Kreml Baltik dənizində Litva və Finlandiya ilə dəniz sərhədlərini birtərəfli qaydada dəyişdirmək qərarına gəlib. Bu barədə “Moskva Tayms” yazıb. Bildirilib ki, müdafiə Nazirliyinin hazırladığı sənədə əsasən, Rusiya Finlandiya körfəzinin şərqindəki, eləcə də Kalininqrad vilayətinin Baltiysk və Zelenoqradsk şəhərləri yaxınlığındakı akvatoriyanın bir hissəsini özünün daxili dəniz suları elan etmək niyyətindədir. Qeyd olunub ki, Rusiya Federasiyası bunun üçün coğrafi koordinatları da dəyişdiriləcək. Finlandiya ilə sərhəddə Rusiya hökuməti bəzi adaları, eləcə də Narva çayının şimal hissəsini ölkə ərazisinin tərkibinə qatacaq. O da qeyd olunub ki, Litva ilə sərhəddəki bəzi ərazilər də Rusiyanın nərazətinə keçə bilər. Yayılmış məlumatla bağlı mediaya açıqlama verən Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, vəziyyət hazırda araşdırılır və əgər, bu hal baş verərsə, Moskva Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına qarşı çıxmış olacaq. Ukrayna Müdafiə Kəşfiyyatı rəhbərinin müavini Vadim Skibitskinin məlumatına görə isə, Rusiya Baltikyanı ölkələrini ələ keçirməyə hazırlaşır. NATO isə bəyan edib ki, Alyans Baltikyanı ölkələrin müdafiəsini təkmilləşdirməyə davam edir. Ancaq, hazırda yaxınlaşan müharibəyə işarə edən heç bir göstərici yoxdur.