Krım körpüsünə hücum: ölənlər var
Krım körpüsünə gecə hücumu Ukrayna ordusunun Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır. Axar.az məlumat yayıb ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hər iki güc strukturu gecə vaxtı Krım körpüsünün dağıdılmasında iştirak edib: “Körpüyə dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”. Qeyd edək ki, bu gün Krım körpüsündə baş verən partlayış nəticəsində ən azı iki nəfər ölüb.