Kriminal avtoritet “Rıjıy Tofiq” tutuldu - BAKIDA POLİS ƏMƏLİYYATI
Bakıda “Rıjıy Tofiq” ləqəbli şəxs yaxalanıb.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, polis paytaxtın Binəqədi rayonu ərazisində
üzərində silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.
Saxlanılan zaman ondan "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm - 0,529 qram heroin götürülüb.
Saxlanılan Tofiq Paşayev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.
Faktla bağlı araşdırmalara başlanıb.
Bu şəxsin əməllərindən zərərçəkən varsa, polisə müraciət edə bilər.