Küçə itləri qoyunları və ev quşlarını parçalayıb yedi - SAMUXDA
Samuxda sahibsiz itlər qoyun sürüsünə hücum edib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində baş verib.
Xeyli sayda sahibsiz it kənd sakini İltifat Abdullayevin təsərrüfatına hücum edərək, bir qoyunu və 7 ev quşunu parçalayıb.
Bundan başqa, itlər 11 qoyuna xəsarət yetirib. Hadisə vaxtı təsərrüfat sahibi evdə olmayıb.
Əraziyə rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.