Küçədə ərzaq məhsulları satanlar cərimələndi

Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq Astarada küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti nəzarət-profilaktiki tədbirlər keçirilib. Yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib. Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib. Bildirilib ki, küçə ticarəti insan sağlamlığına zərər vurur və qida zəhərlənməsi riskini artırır, eyni zamanda ətraf mühiti çirkləndirir və epidemioloji təhdid yaradır.

Xəbərdarlıqlara riayət etməyən şəxslər barəsində protokollar tərtib edilib. 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv