Küçədə məktəbli qızı VURDULAR

İctimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib. O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

 

Bildirilib ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.

 

Qeyd edək ki, Əhməd Hüseynovun xuliqanlıq əməlləri təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Müəllif | Apa.Tv
Apa.tv