Küçədə qadını müdafiə etmək istəyən qazi ürəyindən bıçaqlandı

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib. APA TV xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Muradov ürəyindən bıçaqlanıb. O, kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb. Kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib. O, elə hadisə yerində dünyasını dəyişib. Nəsimi rayon prokurorluğu ötən gecə törədilən qətllə bağlı məlumat yayıb. Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir. Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv
Apa.tv