Küçəni keçmək istədi... - PALATADA AYILDI
Tovuzda 39 yaşlı sakini maşın vurub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Mərdan Musayev küçəsində qeydə alınıb.
Rayon sakini - 1980-ci il təvəllüdlü Əliyev Hafiz Vaqif oğlu yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil onu vurub.
Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.