Külək beşmərtəbəli evin damını uçurdu, 5 maşına ziyan vurdu - QUBADA

Qubada külək bir sıra fəsadlar törədib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.

Müəllif | Apa.Tv
Apa.tv