Külək evləri apardı, 10 tonluq çəni göyə qaldırdı

Ötən gün güclü külək Goranboyun Ağcakənd kəndində ciddi fəsadlar törədib.

 

Külək qəsəbədə yaşayan Xocalı rayonundan olan bir neçə məcburi köçkünün evlərinin dam örtüyünü tamamilə ilə dağıdıb yararsız hala salıb.

Sakinlər bildirir ki, külək anidən başlayıb.  Külək qəsəbədə yerləşən bir neçə

evin dam örtüyünü uçurub, evləri yararsız hala salıb. Sakinlərin dediyinə görə, külək o qədər güclü olub ki, on tonluq çəni belə uçurub.

Xocalı Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda zərərçəkmiş evlərə baxışlar keçirilir.

Qeyd edək ki, ötən gün yaşlı hava şəraiti Goranboyda ciddi fəsadlara yol açıb. Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Müəllif | Apa.Tv
Apa.tv