Külək güclənəcək, yağış yağacaq –  SABAHIN HAVASI

Yanvarın 31-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

 

Milli Hidrometeorologiya Xidmətidən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.  Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 8-11, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55  faiz olacaq. 

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. 

 

Yanvarın 31-də Abşeron yarımadasında cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Müəllif | Apa.Tv
Apa.tv