Külək, yağış, qar - ŞƏNBƏ HAVASI

Dekabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağışda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv