Kulis.az “İlin yazıçısı”, “İlin şairi” və “İlin tənqidçisi"ni mükafatlandırdı
Kulis.az “İlin yazıçısı”, “İlin şairi” və “İlin tənqidçisi” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirib.
“APA Group”da “Kulis.az”ın təsis etdiyi “İlin yazıçısı”, “İlin şairi” və “İlin tənqidçisi” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, baş redaktor Şərif Ağayar bildirib ki, qalibləri seçən münsif heyəti saytın əməkdaşlarıdır:
“Lent.az”ın baş direktoru Qabil Abbasoğlu qeyd edib ki, “Kulis.az”ın təsis etdiyi mükafatlar Azərbaycan ədəbiyyatının inkişafına xidmət edir:
“İnternet media kimi yaranan “Kulis.az” zaman keçdikcə Azərbaycan ədəbiyyatına güzgü tutdu”.
Daha sonra mükafatlar təqdim olunub.
Səfər Alışarlı “Kulis.az”da yayımlanan “Qız və maneken” povest və hekayələrinə görə “İlin yazıçısı” mükafatına, Həmid Herisçi xeyli oxucu marağına səbəb olan şeirlərinə görə “İlin şairi” mükafatına, “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə “İlin tənqidçisi” mükafatına isə Elnarə Akimova layiq görülüb:
Xatırladaq ki, “Kulis.az” saytı bir neçə ay öncə “Bir şeir” adlı müsabiqə təşkil edib.