Heroini əkin sahəsində gizlədən Cəlilabad sakinləri tutuldu

Cəlilabadda əkin sahəsində basdırılmış 4 kiloqramdan artıq heroin aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat nəticəsində Göytəpə şəhər sakini Elçin İmanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla Elçin İmanovun narkotik vasitəni Cəlilabad rayonunun Privolnoye kənd sakini Ziya Hüseynovdan əldə etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan Ziya Hüseynov həmin narkotik vasitəni Elçin İmanova satdığını etiraf edib və əlavə olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda heroini əkin sahəsində torpağa basdıraraq gizlətdiyini bildirib.

Ziya Hüseynovun iştirakı ilə sözügedən əraziyə baxış zamanı oradan ümumi çəkisi 4,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb: “İranlı şəxslə əlaqə saxladıq. Malı götürdüm, başqasına da verməli idim. Üstündən də bir az götürdüm satış məqsədilə verdim, saxlanıldım. Polis əməkdaşları ilə getdim həmin əkin sahəsinə, basdırdığım yeri göstərdim, götürdük, çıxıb gəldik”.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv