Külü göyə sovrulan qəzalı binanın sakinləri qorxu içində
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Kərim İsmayılov küçəsi bina 2-də yanğın baş verib. Yanğın ikimərtəbəli binanın ikinci mərtənəsində qeydə alınıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülərək, digər ərazilərə keçməsinin qarşısı alınıb.
Çəkiliş zamanı şahidi olduq ki, bina qəzalı vəziyyətdə olduğundan hər an uça bilər.
Məsələ ilə bağlı üz tutduq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Suraxanı rayonu üzrə idarəsinə. Qurumun sektor müdiri Əkbər Qənbərli bildirdi ki, qəzalı vəziyyətdə olan binanın sakinləri tez bir zamanda köçürüləcəklər. Yanğın zamanı dəyən ziyanın da ödənilməsi təmin ediləcək.
Qeyd edək ki, sözügedən bina 1942-ci ildə inşa edilib. Binada Zəngilandan olan məcburi köçkünlər müvəqqəti məskunlaşıblar.