Kürdə batan gəncin meyiti belə çıxarıldı - HADİSƏ YERİNDƏN
Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Nəsibzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.
N. Nəsibzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, gənc Kür çayında avqustun 1-də batıb. Nəsib Nəsibzadə Yevlax rayon Duzlaq kəndinin sakini olub.