Kürdəmir sakini dayısını güllələdi
Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini Emin Teyyubovun dayısı Füzuli Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən Füzuli Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.
DİN-dən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.
Füzuli Cəbrayılov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.