Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib
Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şıxımlı kənd sakini 56 yaşlı Mübariz Seyid oğlu Seyidovun narkotik vasitəni əldə etməsi, satması, daşıması və saxlaması ilə məşğul olduğu məlum olub. Keçirilən əməliyyat axtarış-tədbirləri nəticəsində Mübariz Seyidovun yaşadığı evə baxış keçirilib və onun yaşadığı evin zirzəmisindən ümumi çəkisi 1,127 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb. Mübariz Seyidov şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb və istintaq davam etdirilir.