Kürdəmirdə 11 ailənin yaşadığı tikili bərbad vəziyyətdədir
Kürdəmirdə 11 ailənin yaşadığı tikili bərbad vəziyyətdədir. Binanın divarı 2 yerdən çartlayıb, qapı-pəncərə qırılıb-tökülüb, döşəmə çöküb. Ən əsası isə bina tikinti zamanı yaşayış üçün nəzərdə tutulmayıb. Sakinlər bildirirlər ki, binanın kanalizasiyanın olmaması səbəbindən 11 evin tullantı suları binanın zirzəmisinə axıdılır. Bu isə həyatı bir az da çətinləşdirir. Üfunət iyi və nəmişlik binanı yararsız hala salıb.