Kürdəmirdə 71 yaşlı qadın quyuya düşərək öldü

Kürdəmirdə bədbəxt hadisə baş verib. 71 yaşlı qadın quyuya düşərək ölüb. Hadisə rayonun Qarasaqqal kəndindən qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü Xəzəngül Cəfərova həyətindəki su quyusundan su götürmək istəyib. Bu zaman qadının ayağı sürüşüb. Quyuya düşən qadın orada dünyasını dəyişib. Yaxınları onun telefon zənglərinə cavab vermədiyini görəndə qadını axtarmağa başlayıblar. Xəzəngül Cəfərovanın meyitini su quyusundan tapıblar. Mərhumun meyiti müayinə olunmaq məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv