Kürdəmirdə açıq ərazidə yanğın olub
Fevralın 9-u axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənib yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumilikdə təxminən 500 kv.m sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər və meşə zolağı yanğından mühafizə olunub.