Kürdəmirdə dəhşət: Oğul anasını və qonşusunu bıçaqlayaraq öldürdü

Rayonun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev, anası - 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Alıyevanı bıçaqlayıb. Daha sonra qarşısına çıxan yaxın qonşuları - 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürovu və 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədovu bıçaqlayıb. Hadisə nəticəsində Nəsibə Əliyeva və Famil Şükürov aldıqları xəsarətlərdən ölüblər. Digər yaralı isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, İlham Alıyev anası Nəsibə Alıyevanın başın kəsib. Hadisəni törədən şəxsin qardaşı bu vaxta kimi ailədə heç bir söz-söhbətin olmadığını deyir. O, ehtimal edir ki, qardaşının başında hər hansı ciddi problem yaranıb. Hadisəni törədən İlham Alıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Fakt araşdırılır.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv