Kürdəmirdə dəhşətli qəza baş verdi
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar- 64 yaşlı Şahmirad Almazov, 33 yaşlı Günel Mirzəliyeva, 14 yaşlı Turanə Teymurova, 4 yaşlı Cansu Cəfərli, 32 yaşlı Aygün Mirzəliyeva, 44 yaşlı Eltun Məmmədov, 27 yaşlı Mahir Səfərov və 54 yaşlı Vəzifə Mehralıyeva təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, xəsarət alanlar Ucar rayonunun Bərgüşad kəndinə qonaq gəliblərmiş. Məlum hadisə də qayıdan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Zahid Abışov, Devran Əsgərov, APA TV