Kürdəmirdə iki “Jiquli” toqquşdu – 3 YARALI

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Asif Təvəkkül oğlu Qəniyevin idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə 1994-cü il təvəllüdlü Xəqani Akif oğlu Adıgözəlovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını toqquşub. Nəticədə sürücü Xaqani Adıgözəlov, sərnişinləri - 2001-ci il təvəllüdlü Səfiyə Kamran qızı Əliyeva və 1994-cü il təvəllüdlü Gülyanaq Kərbəla qızı Səlimova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakta araşdırılır.

Zahid Abışov

 

Müəllif | Apa.Tv
Apa.tv