Kürdəmirdə mikroavtobus traktorla toqquşub, xəsarət alanlar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA  Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Salyan kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 1986-ci il təvəllüdlü Aqil Səmid oğlu Babayevin idarə etdiyi qoşqulu traktorla "Ford" markalı mikroavtobus toqquşub.  Nəticədə 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü  Pərvin Cəfər oğlu Qurbanov müxtəlif xəsarətlər alıblar.

" Ford"da sıxılmış vəziyyətdə qalan yaralılar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aydiyyəti üzrə təhvil veriliblər.

 Faktla bağlı araşdırma aparılır.                                                                                         

Müəllif | Apa.Tv
Apa.tv