Kürdəmirdə minik maşını su kanalına aşdı - ÖLƏN VƏ YARALANANLAR VAR
Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Ağsu rayon sakini, 28 yaşlı Səbuhi Mehman oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə sərnişin İradə Cəfər qızı Cəfərova hadisə yerində ölüb. Daha dörd nəfər - 34 yaşlı Mehriban Cəfərova, Sona Qasımova, 6 aylıq Pünhan Qasımov və 6 yaşlı Zəhra Qasımova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin məlumata görə, qəzaya səbəb minik maşınının əyləc sistemində yaranmış problem olub.
Faktla bağlı araşdırma aparılır.