Kürəkən qayınanasını, qayın yeznəsini bıçaqlayıb
Qazax rayonunda kürəkən qayınanasını, qayın yeznəsini bıçaqlayıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb. Kənd sakini 46 yaşlı Sevda Vəliyeva kürəkəni 34 yaşlı Mahir Məmmədovla mübahisə edib. Kürəkən bıçağa əl atmaqla münaqişəyə son qoyub. O, Sevda Vəliyevaya bıçaq zərbəsi endirib. Bundan xəbər tutan Sevda Vəliyevanın oğlu, qaynı Mahir Məmmədova kürək nahiyəsindən bıçaq zərbəsi endirib. Nəticəsə qaynana və kürəkən kəsilmiş-deşilmiş yara xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı Qazax rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.
FUAD NAZİMOĞLU, APA TV, QAZAX