Kürəkən qayınatasını bıçaqladı

Gəncədə qohumların içki məclisi qanla bitib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. 48  yaşlı Əkbər Həsənov kürəkəni 25  yaşlı Mehmandar Babayevlə yeyib-içdikdən sonra  aralarında  mübahisə düşüb. Bu zaman kürəkən qayınatasına bıçaq zərbələri vurub. Yaralı yaxınlarının köməkliyi rlə xəstəxanasına çatdırılıb.

Zərərçəkmişin həyat yoldaşının sözlərində görə qızını, kürəkənini və qudasını evlərinə qonaq çağırıblar. Qohumların arasında mübahisə azyaşlı uşağın yerə yıxılması üstündə olub. Davadan sonra Mehmandar Babayev iki azyaşlı uşaqlarını qayınatasıgildən götürüb evlərinə  getmək istəyib. Əkbər Həsənov balta ilə kürəkənin qorxutmaq istəyib.

Hadisəni törədən şəxs Gəncə Şəhər Baş Polis idarənin Kəpəz rayonun polis idarənin əməkdaşları tərəfində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv