Kürəkən qayınatasını və qaynını bıçaqladı - QOBUSTANDA
Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Nuhbala oğlu Niyazov ailə münaqişəsi zəmində aralarında baş verən dava zamanı qayınatası, 1955-ci il təvəllüdlü Əhliman Şəkər oğlu Qəhrəmanovu və qaynı, 1990-cı il təvəllüdlü Nurlan Əhliman oğlu Qəhrəmanovu bıçaqlayıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.