Kürəkənlə qaynata balta-yaba davasına çıxdı - SƏBƏB
Ağstafada kürəkənlə qayınata bir-birinə xəsarət yetirib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Yuxarı Göycəli kəndində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Aydın Mehdiyev, kürəkəni - 1986-cı il təvəllüdlü Əli Əliyevlə mübahisə edib. Mübahisə dava-dalaşa çevrilib və qayınata kürəkənini döyüb.
Kürəkən isə balta ilə qayınatasına xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Qayınatanın sözlərinə görə, mübahisəyə səbəb 2 uşaq anası olan qızının qayınanası və baldızları tərəfindən döyülməsidir.
Araşdırma aparılır.