“Kurtlar vadisi”nin Mematisi koronavirusa yoluxdu

TRT 1 yayımlanan “Təşkilat”ın çəkilişi koronavirus səbəbi ilə dayandırılıb.

 

APA TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradakı çəkilişlərdə iki rejissorun

və bu mövsüm Yıldırım xarakteri ilə seriyalın komandasına qoşulan Gürkan Uygunun koronavirusa tutulduğu ortaya çıxıb.

 

Koronavirusa yoluxanlar komandanın bu üzvləri karantin müddətini evdə keçirir və sağlamlıqlarımda heç bir problem yoxdur.

 

Xatırladaq ki, Gürkan Uygun Türkiyənin məşhur “Kurtlar vadisi” seriyalında Memati xarakteri ilə yadda qalıb.

 

Müəllif | Apa.Tv
Apa.tv