Kürün sahilində yeyib-içənlər tutuldu - KARANTİN REJİMİNİ POZUBLAR
Zərdab rayonunun Aşağı Seyidlər kəndinin “Seyidlər bağı” adlanan ərazisində, Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib və xüsusi karantin qaydalarını kobudcasına pozublar.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb.
Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri isə 100 manat cərimə ediliblər.