Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan BQXK avtomobilləri keçib
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Səhər saatlarında Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik, 1 yük avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib. Minik avtomobillərində erməni əsilli sakinlər olub.
Səhər saatlarında Xankəndidən gəlib Laçın istiqamətinə maneəsiz keçid edən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geriyə qayıdıb. Xankəndiyə keçid edən minik avtomobillərində erməni əsilli sakinlər olub.
RSK-ya məxsus maşın karvanı aksiya keçirilən yerdən maneəsiz keçid edib. Xankəndidən gələn 38 maşın Laçın istiqamətinə keçib.
RSK-nın şəxsi heyət daşıyan iki maşınında erməni əsilli sakinlər, eləcə də uşaqlar olub.
Laçın istiqamətindən Xankəndiyə doğru gedən karvan isə 26 maşından ibarət olub.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV