Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 8 yük, 1 minik avtomobilindən ibarət maşın karvanı aksiya keçirilən ərazidən keçərək Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Xankəndidən gələn RSK-nə məxsus 6 yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçına doğru hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Müəllif | Apa.Tv
Apa.tv