Laçın yolu ermənilərin üzünə bağlandı

Ermənistanın “Laçın” keçid məntəqəsinə hücumundan sonra Azərbaycan Laçın yolunu bağlayıb.

Bu barədə məlumatı APA-nın hazırda həmin ərazidə olan müxbiri verib.

Yolun bağlanması ilə Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması, o cümlədən yüklərin daşınması təxirə salınıb.

İrəvan sonuncu təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər yol açılmayacaq.

Müəllif | Apa.Tv
Apa.tv