Laçına növbəti köç karvanı belə yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. “Qobu Park” yaşayış kompleksindən Laçına növbəti köç karvanı yola salınıb. Bu dəfə 53 nəfərdən ibarət 15 ailə doğma yuvalarına gediblər. Beləcə, işğal dövründə yurd yerlərindən didərgin düşmüş laçınlılar bir neçə saat sonra öz evlərində olacaqlar. Qeyd edək ki, bu gün yola düşənlərlə bərabər, indiyədək Laçına 266 nəfərdən ibarət 70 ailə köçüb. ORXAN ASLAN FARİZ QULUYEV APA TV