Laçına qayıtmış ailələrdən eksklüziv müsahibə
Bu gün Laçın şəhərinin işğaldan azad edilməsindən bir il ötür. Vətən müharibəsindən 1 il 9 ay sonra Prezidenti İlham Əliyev Rusiya Sülhməramlı kondingentinin komandanlığına və Ermənistan dövlətinə kəskin tapşırıq verdi ki, Laçın şəhəri boşaldılmalıdır. Bəli əmr yerinə yetirilmişdir. Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu artıq Azərbaycan dövlətinin nəzarətinə keçmişdi Laçın rayonun Azərbaycan ordusunun nəzarətinə keçməsi təkcə Laçının yox, bütün Qarabağın təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsinin qarşısını aldı. Artıq yeraltı və yerüstü təbii sərvətlərin Ermənistana oradan isə xaricə daşınmasına son qoyuldu. Bəli bu gün Laçın şəhəri öz sakinlərinin ixtiyarındadır. Son şəhər özünün yeni dövrünə qədəm qoyub. Prezident İlham Əliyev Laçın rayonuna hər səfərində yeni layihələrin inşasına başlanmasının tapşırığını verir. Bütün bunlar isə laçınlıların böyük sevincinə səbəb olur. Artıq 234 ailə və 904 laçınlı öz doğma dədə-baba yurdundadır. Laçınlılar əbədi və əzəli torpaqlarındadır. Onlar doğma dövlət sərhəddində yerləşən işıqlı şəhərlərində böyük sevinc və rahatlıqla yaşayırlar. Eyni zamanda rahat yatırlar Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Laçınlılar Laçın şəhəri gününü 31 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Habil Aslanoğlu, APA TV